...

Azərbaycanda lisenziya proqramı təminatının istifadəçiləri cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Proqram təminatı sahəsində piratlığın səviyyəsi Azərbaycanda 92 faizdən 90 faizədək azalıb. Bu barədə bazar ertəsi "Müəllif hüquqları və rəqəmsal şəbəkə: piratlığa qarşı mübarizə və bununla əlaqədar problemlər" beynəlxalq seminarı zamanı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

"Audio-video məhsulllar bazarında mülkiyyət hüquqlarının pozulması səviyyəsi 77-78 faiz təşkil edir", - İmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda kitab nəşri sahəsində naşirlərin 50 faizinin hüququ pozulur.

"Azərbaycanın Müəllif Hüquqları Agentliyi bundan sonra da ölkədə intellektual müllkiyyət hüquqlarını pozanlarla ciddi mübarizə aparmaq niyyətindədir", - İmanov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti