...

Koreya Bakı buxtası üzərindən körpünün layihəsini hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 13:48 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi və Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Bakı buxtası üzərindən körpünün inşası layihəsinin texniki-iqtisadi əsaslarının (TİƏ) hazırlanması üzrə danışıqların başlanmasına dair protokol imzalayıblar, nazirliyin məlumatında deyilir.
Koreya Bakı buxtası üzərindən körpünün layihəsini hazırlayacaq

Azərbaycan, Bakı, 18 dekabr / Trend /

Azərbaycanın Nəqliyyat Nazirliyi və Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Bakı buxtası üzərindən körpünün inşası layihəsinin texniki-iqtisadi əsaslarının (TİƏ) hazırlanması üzrə danışıqların başlanmasına dair protokol imzalayıblar, nazirliyin məlumatında deyilir.

Buxta üzərindən körpünün inşası layihəsinin məqsədi - Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, Koreya təcrübəsinin dəniz körpüləri və yolların inşasında tətbiqi hesabına Azərbaycan mütəxəssislərinin təcrübəsinin artırılmasıdır.

KOICA bu layihə üzrə TİƏ-nin hazırlanmasına 1,6 milyon dollar ayırıb. İlkin qiymətləndirilmələrə görə, buxta üzərindən körpünün inşasının dəyəri 1 milyard dolları ötür.

Xəbər lenti

Xəbər lenti