...

Azərbaycan Dünya Bankı ilə dəmiryolun inkişafı sahəsində yeni layihələr üzrə danışıqları davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2009 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbirlər E.İsmayılov, N.İsmayılova/

Azərbaycan hökuməti Dünya Bankı ilə ölkənin dəmiryol təsərrüfatının təkmilləşdirilməsi sahəsində yeni əməkdaşlıq istiqamətləri üzrə danışıqları davam etdirəcək. Bunu cümə günü Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

"Biz xüsusi olaraq dəmiryollarında dispetçer sisteminin mərkəzləşdirilməsi sistemi üzrə danışıqlar aparmaq niyyətindəyik, - nazir deyib. - Bənzər sistem müasir yükdaşımalarda kifayət qədər uğurla istifadə edilir. Bu, yüklərin göndərəndən alana tədarükü zamanı yüksək xidməti təmin etməyə imkan verir".

Cümə günü Dünya Bankı ilə dəmiryol layihəsi üzrə ilk kredit razılaşması imzalanıb. Bank Azərbaycanın dəmiryol və ticarəti üzrə tranzitə kömək layihəsinin həyata keçirilməsinə 450 milyon dollarlıq kredit ayırıb. Kreditin qaytarılma müddəti 23 il, güzəşt dövrü isə 8 il təşkil edir.

DB-nin Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak kredit razılaşmasının imzalanması mərasimində deyib ki, kredit Azərbaycanın tranzit imkanlarını təkmilləşdirməyə imkan verir və layihə çərçivəsində beynəlxalq standartlara cavab verən sistem tətbiq ediləcək.

"Bu layihə bu gün də DB-nin Azərbaycanda ən iri layihəsidir və maliyyələşmə həcminə görə Mərkəzi Asiyada ikinci yeri tutur. Lakin əsas olan kreditin həcmi deyil, layihənin ölkə və onun nəqliyyat sistemi üçün əhəmiyyətidir", - Yedjeyçak deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti