...

Azərbaycanda daxili turizmin vəziyyəti qənaətbəxşdir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2009 14:55 (UTC +04:00)
Dünya iqtisadi böhranından, həmçinin dünya turizm infrastrukturundakı problemlərdən asılı olmayaraq, Azərbaycana turist axının tempi aşağı düşməyib. Bunu şənbə günü Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbirlər H.Vəliyev, Ü.İsmayılova/

Dünya iqtisadi böhranından, həmçinin dünya turizm infrastrukturundakı problemlərdən asılı olmayaraq, Azərbaycana turist axının tempi aşağı düşməyib. Bunu şənbə günü Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"İlin yekunları barədə danışmaq tezdir, lakin turist axınının azalacağı gözlənilmir. Əksinə, biz artım gözləyirik", - nazir deyib.

Onun sözlərinə görə, daxili turuzmin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Ötən il şimal istiqamətində avtomobil magistralında aparılan təmir işləri səbəbindən bəzi problemlər yaranıb, lakin hazırda həmin avtomobil yolunun təmiri başa çatıb və bu, daxili turizmin inkişafına müsbət təsir edib.

"Həmin istiqamətdən turist axını ötən ilə nisbətən təxminən 20 faiz artıb", - nazir deyib.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi və 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması da turistlərin sayının artmasına və ölkənin turist potensialının fəal təbliğatına təsir edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti