...

Özbəkistan Şimali və Cənubi Amerikanın avtomobil bazarlarına çıxmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2009 13:26 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 23 dekabr /Trenfd Capital, müxbir D.Əzizov/

GM Özbəkistan birgə müəssisəsi 2010-cu ildə Əfqanıstanda avtomobil satışına başlamağı və Cənubi və Şimali Amerikanın bazarlarına çıxmağı planlaşdırır, birgə müəssisənin marketinq, satış və avtoservis üzrə direktoru Tahir Jəlilov "Uzavtoprom" səhmdar şirkətinin saytına məlumat verib.

"Biz özümüz üçün məhsullarımızın yeni satış bazarlarını açmağa başlamışıq, 2010-cu ildə isə Şimali və Cənubi Amerikada möhkəmlənməyi qarşımıza məqsəd qoymuşuq. Əfqanıstanda avtomobil satışına da başlamağı planlaşdırırıq. Ümid edirik ki, rəqiblərimizin işlədiyi bazarlarda mövqe tutmaqla biz satış həcmini qaldıraraq ənənəvi həcmlərimizi qaytaracağıq", - Jəlilov məlumat verib.

"Əlbəttə ki, özbək avtomobillərinin keyfiyyəti yaxşı olmalıdır, bu da şübhəsiz ki, daxili bazardakı alıcıları sevindirəcək", - BM-nin nümayəndəsi əlavə edib.

Hazırda Özbəkistan GM minik avtomobillərinin 6 modelini istehsal edir. Onlardan ikisi Chevrolet - Captiva və Epica modelləridir.

Cari ilin yanvar-sentyabr aylarında müəssisə 2008-ci ilin analoji dövrü ilə müqayisədə avtomobil istehsalını 4% artıraraq 144 622 maşına çatdırıb.

Bu dövr ərzində 63 939 Nexia avtomobili (6,8%lik azalma), 48 598 Matiz avtomobili (2,8%lik azalma), 16 885 Damas avtomobili (2,6%lik azalma), 11 797 Lacetti avtomobili (2008-ci ilin yanvar sentyabr aylarında istehsal edilməyib), 737 Captiva avtomobili (55%lik azalma), 816 Epica avtomobili (43,1%lik azalma) istehsal edilib.

2008-ci ildə GM Özbəkistan avtomobil istehsalını 2007-ci illə müqayisədə 13,5% artıraraq 195 038 maşıana çatdırıb.

Özbəkistan GM Özbəkistan istehsalı olan avtomobilləri Rusiyaya və MDB-nin digər ölkələrinə ixrac edir. Bununla yanaşı, avtomobillərin ixrac həcmi üzrə statistik məlumatlar qapalıdır.

Xəbər lenti

Xəbər lenti