...

VTB Bank (Azərbaycan) ölkədə pərakəndə əməliyyatların başlanması effektivliyini qiymətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2009 16:58 (UTC +04:00)
VTB Bank (Azərbaycan) Azərbaycanda 2010-cu ildə pərakəndə əməliyyatların başlanması effektivliyini qiymətləndirəcək. Bu barədə cümə axşamı bankın İdarə Heyətinin sədri Oleq Krasnojon deyib.

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir N.İsmayılova/

VTB Bank (Azərbaycan) Azərbaycanda 2010-cu ildə pərakəndə əməliyyatların başlanması effektivliyini qiymətləndirəcək. Bu barədə cümə axşamı bankın İdarə Heyətinin sədri Oleq Krasnojon deyib.

"2010-cu ildə bankın pərakəndə biznesinin inkişaf perspektivləri dəqiqləşdiriləcək və əgər səhmdarlar müsbət qərar qəbul edərlərsə, o zaman bank pərakəndə biznesə daxil olacaq", - Krasnojon deyib.

Onun sözlərinə görə, pərakəndə biznesin qiymətləndirilməsini VTB Bank-ın (Azərbaycan) pərakəndə sektoru üzərində müntəzəm rəhbərlik,və Azərbaycanda bu bazarın qiymətləndirilməsində iştirak edəcək VTB Bankın mütəxəssisləri həyata keçirəcək.

"Güman ki, bizə yerli bazara daha yaxşı bələd olan konsaltinq şirkətlərinin cəlb edilməsi lazım olacaq. Bunu özbaşına yüksək səviyyədə etmək bizim üçün çətin olar, belə ki, bu bizim bankın vəzifəsinə daxil deyil", - Krasnojon deyib.

Onun sözlərinə görə, 2010-cu ildə bank orta və kiçik biznesə malik ticarət müştəriləri ilə işləyəcək və müştəri bazası yaratmaq niyyətindədir.

Hazırda VTB Bank (Azərbaycan) ASC-nin səhmlərinin 51 faizi Rusiyanın VTB Bank ASC-nə, 49 faizi isə Azərbaycan Respublikasının rezidentinə məxsusdur.

VTB qrupu Azərbaycan bazarına 2008-ci ilin sonlarında daxil olub. VTB Bank (Azərbaycan) №06/06-634 bank lisenziyasını 2009-cu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti