...

Azərbaycan-İngiltərə birgə sığorta şirkətinin haqları 2009-cu il ərzində 40 faizdən çox azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2010 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan və İngiltərənin birgə sığorta şirkəti olan "Temza Sığorta Qrupu"nun 2009-cu ilin fəaliyyət yekunu üzrə haqları 0,925 milyon manat təşkil edib ki, bu da inişillə müqayisədə 41,8% azdır, şirkətin idarə heyətinin sədiri Samir Mustafayev çərşənbə axşamı deyib.

"Şirkətin bu dövr ərzində ödəmələri 0,75 milyon manat təşkil edib", - Mustafayev deyib.

Onun sözlərinə görə, keçən il şirkətin haqlarının böyük hissəsi yüklərin sığortalanmasının, tibbi sığorta və avtomobil sığortasının hesabına toplanıb.

"Şirkət 2010-cu ildə 1,2 milyon manat haqq yığmağı planlaşdırır", - Mustafayev deyib.

"Temza Sigorta Qrupu" Azərbaycanın sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. Britaniya şirkəti olan "Glencarron Group Limited" şirkətin nizamnamə kapitalında 49% iştirak payına malikdir. Azərbaycanın iştirak payı yerli fiziki şəxsə və hüquqi şəxsə (Gala Investment) məxsusdur.

Şirkətin nizamnamə kapitalı 900 min manat təşkil edir.

"Temza Sigorta Qrupu" 2004-cü ildə Qırğızıstanda "Anglo-Kyrgyz Insurance Company" sığorta şirkətinin təsisçisi olub. Hazırda "Temza Sigorta Qrupu" xaricdə törəmə şirkətinin təsisçisi rolunu yerinə yetirən yeganə sığorta şirkətidir.

Yanvarın 12-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti