...

Azərbaycanın iri lizinq şirkətinin portfeli 2009-cu il ərzində 21,3 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2010 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir Ü.İsmayılov/

2010-cu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın iri lizinq şirkətlərindən biri olan AG Lizing şirkətinin portfeli 9,856 milyon manat təşkil edib, 2008-ci ilin fəaliyyət yekunu üzrə bu göstərici 12,531 milyon manat təşkil edib. Bu haqda cümə axşamı şirkətdən məlumat verilib. Şirkətin lizinq portfeli il ərzində 21,35% azalıb.

Keçən il fəaliyyətdə olan lizinq müqavilələrinin ümumi sayı 131, 2008-ci ildə isə 133 təşkil edib. Lizinqə verilən avadanlıqların ümumi həcmi 10,076 milyon manat, 2008-ci ildə isə 10,159 milyon manat təşkil edib.

"AGLeasing" şirkəti çox sərfəli şərtlərlə və minimal formallıqla - istehsal, tikinti, nəqliyyat, tibbi və d. təyinatlı avadanlıqların alınması və lizinqə verilməsi sahəsində xidmətlər təklif edir.

Lizinq portfelinin həcminə görə AGLeasing Azərbaycanın qabaqcıl lizinq şirkətlər qrupuna daxildir. Şirkətin müştəriləri həm hüquqi, həm də fiziki şəxslər olan sahibkarlardır.

AGLeasing 2005-ci ildə dörd təsisçi tərəfindən yaradılıb - AGBank (35 faiz), İngiltərənin Hiperion Capital Management şirkəti (30 faiz), ABŞ-ın Delta Trans LLC şirkəti (25 faiz) və İngiltərənin Milio Leasing Limited şirkəti (10 faiz). Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir.

Yanvarın 14-nə olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti