...

Azərbaycanda səhmdarların hüquqlarının pozulmasına nəzarət gücləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2010 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir N.İsmayılova/

Azərbaycanda 2009-cu ildə 2008-ci illə müqayisədə səhmdarların hüquqlarının pozulmasına görə cərimələrin ümumi dəyəri 67,6%, onların sayı isə 71,8% artıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Hesabat dövrü ərzində Dövlət Komitəsinə 215 ərizə və 19 müraciət daxil olub. 354 səhmdar şirkəti barəsində sərmayədarların hüquqlarının pozulmasına dair şikayətlər təqdim edilib. Keçən il bu göstərici 334 SC olub.

Qanun pozuntusuna yol verən şəxslər barəsində 69 700 manatlıq 268 sanksiya tətbiq edilib. 2008-ci ildə bu göstərici 41 576 manat olub.

Bununla yanaşı illik hesabat təqdim edən səhmdarların sayı 15,8% azalaraq 460 olub.

Yanvarın 15-nə olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti