...

Azərbaycanda 100 faiz xarici kapitallı turizm şirkəti qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2010 19:19 (UTC +04:00)
Azərbaycanda "Cesika Turizm" MMC xarici turizm şirkəti yaradılıb. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin rəsmi saytının "vahid pəncərə" bölməsində deyilir.

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda "Cesika Turizm" MMC xarici turizm şirkəti yaradılıb. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin rəsmi saytının "vahid pəncərə" bölməsində deyilir.

Şirkətin nizamnamə kapitalı 250 manat təşkil edir. Şirkətin nümayəndəsi Annagülb Quvanovadur (Türkmənistan).

Şirkətin təsisçiləri Ceyms Kennet Miller (ABŞ), Kalisat Bailey (Böyük Britaniya), Tamara Mehdiyeva, Annagülb Quvanova, Samirə İzzətovadır (hər üçü Türkmənistan).

Şirkət 2009-ci il dekabrın 18-də qeydiyyatdan keçib.

Azərbaycanda yaxın xaricə olan putyovkaların orta qiyməti 2,5 min manatdan yeddi min manatadək təşkil edir.

Hazırda ölkədə 230 turizm şirkəti, 370 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir, 35 mehmanxananın tikintisi aparılır.

Xəbər lenti

Xəbər lenti