...

Azərbaycanda xarici valyutada depozitlər üzrə orta dərəcə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2010 14:09 (UTC +04:00)
2010-cu il fevralın biri üçün Azərbaycan banklarında manatla depozitlər üzrə orta dərəcə yanvarın birindəki 11,72 faizə və 2009-cu il fevralın birindəki 11,57 faizə qarşı 11,27 faiz təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir N.İsmayılova /

2010-cu il fevralın biri üçün Azərbaycan banklarında manatla depozitlər üzrə orta dərəcə yanvarın birindəki 11,72 faizə və 2009-cu il fevralın birindəki 11,57 faizə qarşı 11,27 faiz təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Xarici valyutada depozitlər üzrə orta dərəcə müvafiq olaraq 10,71 faiz və 8,2 faizə qarşı 11,02 faizə bərabər olub.

Fevralın 1-də fiziki şəxslərin manatla depozitləri üzrə orta dərəcə yanvarın birindəki 12,98 faizə və 2009-cu ilin birindəki 12,38 faizə qarşı 13,07 faiz təşkil edib. Fərdi müştərilərin xarici valyutada depozitləri üzrə orta dərəcə müvafiq olaraq 12,28 faiz və 12,36 faizə qarşı 12,54 faiz təşkil edib.

Fevralın əvvəli üçün hüquqi şəxslərin manatla depozitləri üzrə orta dərəcə yanvarın birindəki 6,65 faizə, 2009-cu il fevralın birindəki 9,49 faizə qarşı 5,57 faiz təşkil edib. Korporativ müştərilərin xarici valyutada depozitləri üzrə orta dərəcə müvafiq olaraq 5,98 faiz və 5,52 faizə qarşı 5,97 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti