...

Yaponiya və Türkmənistan kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2010 12:46 (UTC +04:00)
Aşqabadda Türkmənistan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında kredit müqaviləsinin imzalanması təşkil edilib.
Yaponiya və Türkmənistan kredit müqaviləsi imzalayıb

Türkmənistan, Aşqabad, 23 mart / Trend , müxbir H.Həsənov/

Aşqabadda Türkmənistan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında kredit müqaviləsinin imzalanması təşkil edilib.

Müqavilənin imzalanma mərasimində Yaponiya Maliyyə Korporasiyasının, Milli İxrac-Kredit Agentliyinin və Yaponiyanın "Kawasaki Plant Systems LTD" və "Sojitz Corporation" şirkətlərinin nümayəndələri iştirak edib.

Trend -ın bildirdiyi kimi, Aşqabad və Tokio Milli İxrac-Kredit Agentliyinin (NEXI) sığortası üzrə 45 milyard yapon yeni ayrılması barədə razılığa gəliblər.

Söhbət Türkmənistanın şərq hissəsində Marı şəhərində ammonyak və karbamid istehsalı üzrə istehsalat zavodunun tam istismara verilməsi və lazımi avadanlıqların tədarükü, tikinti işlərinin aparılması dövründə sığorta və kreditlərin ödənilməsinə dair maliyyələşdirmədən gedir.

Layihənin həyata keçirilməsi "Kawasaki Plant Systems LTD" və "Sojitz Corporation" şirkətlərinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti