...

Baş nazirin birinci müavini Eyyub Yaqubov: "Belarus Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2010 13:08 (UTC +04:00)
Belarus Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. Bu barədə Baş nazirin birinci müavini Eyyub Yaqubov çərşənbə günü Bakıda Belarusun ikinci milli sərgisinin açılışında deyib.
Baş nazirin birinci müavini Eyyub Yaqubov: "Belarus Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir"

Baş nazirin birinci müavini Eyyub Yaqubov: Belaus Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir N.İsmayılova/

Belarus Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. Bu barədə Baş nazirin birinci müavini Eyyub Yaqubov çərşənbə günü Bakıda Belarusun ikinci milli sərgisinin açılışında deyib.

"Əgər digər ölkələrlə əmtəə dövriyyəsinin illik artımı bir neçə faiz təşkil edirsə, 2008-ci illə müqayisədə 2009-cu ildə Belarusla mal dövriyyəsində artım 1,6 dəfə təşkil edib", - Baş nazirin birinci müavini qeyd edib.

Sərginin açılışı zamanı Belarusun Baş naziri Andrey Kobyakov deyib ki, Azərbaycan və Belarusun dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin noyabrında Belarusa səfəri zamanı ən qısa dövrdə əmtəə dövriyyəsini 500 milyon dollara və perspektivdə 1 milyon dollara çatdırmağı qarşıya vəzifə qoyublar.

Kobyakovun sözlərinə görə, hazırda mövcud olan dövriyyənin 2006-cı ildən dörd dəfə artaraq, 130 milyon dollara çatmasına baxmayaraq, açıq-aşkar kifayət etmir.

"Onun üçün də biz burdayıq. Milli sərgini Azərbaycana gətirmişik, orada 150-dən artıq Belarus müəssisəsi təmsil olunub. Biz burada qarşılıqlı ticarət üçün Belarus Respublikasının malik olduğu bütün poitensialı göstərməyə çalışmışıq", - Kobyakov deyib.

Belarus Baş nazirinin sözlərinə görə, sərgidə maşınqayırma, elm və texnika, nanotexnologiyalar, kənd təsərrüfatı və digər sahələr təqdim olunub.

"Ümid edirik, sərginin nəticəsi təkcə əlaqələr və görüşlər deyil, həm də ticarət-iqtisadi əməkdaşlığın konkret nəticələri və müqavilələr olacaq", - Kobyakov qeyd edib.

Xəbər lenti

Xəbər lenti