...

Birinci rübün yekunları üzrə Azərbaycanın xarici dövlət borcu ÜDM-in 8 faizinə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2010 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir N.İsmayılova /

Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici borcları 3 440 milyon dollara çatıb ki, bu da ÜDM-in 8 faizə qədərini təşkil edir. Bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir. Ölkənin xarici borcu 2009-cu ilin analoji dövrü ilə müqayisədə 17,9 artıb.

Adambaşına xarici borc 381,3 dollar təşkil edir.

Birinci rübün yekunları üzrə 154,3 milyon dollar həcmində kredit əldə olunub. Xarici borcların ödənilməsi üzrə xərclər 39,3 milyon dollar təşkil edib. Bununla yanaşı, əsas borcun payı 31 milyon dollar, faiz ödənişlərini rayı isə 8,3 milyon dollar olub. Büdcə vəsaitlərinin hesabına kreditlərin ödənilməsinə 20,9 milyon dollar yönəldilib.

Xarici borcun strukturunda 9,12 faiz (313,91 milyon dollar) iqtisadi islahatlara yönəldilmiş kreditlərin payına düşür. Onlardan 57,54 milyon dollar (1,67 faiz) - BVF-dən, 256,37 milyon dollar (7,45 faiz) - Dünya Bankından alınan borcların payına düşüb. Kreditlərin böyük hissəsi - 3126,38 milyon dollar (90,88 faiz) investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bununla yanaşı, bu vəsaitlərin 39,69 faizi (1365,44 milyon dollar) enerji sektoruna, 3,65 faizi (125,56 milyon dollar) - kənd təsərrüfatına, 26,54 faiz (913,1 milyon dollar) - yol tikintisi və nəqliyyata, 8,95 faiz (307,98 milyon dollar) - meliorasiya və su təchizatına, 5,78 faiz (198,93 milyon dollar) - kimya və neft-qaz sektoruna, 4,37 faiz (150,27 milyon dollar) - sosial sahəyə və 1,89 faizi (65,11 milyon dollar) - digər sahələrə yönəldilib.

Mayın 24-də rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti