...

"Paşa Sığorta" Şirkəti strateji enerji layihələri üzrə polislərin yeniləşdirilməsi prosesini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti "Paşa Sığorta" bp şirkətinin "Azəri-Çıraq-Günəşli" neft, "Şahdəniz" qaz kondensatı layihələrində strateji enerji risklərinin xidmət göstərilməsi və eləcə də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Cənubi Qafqaz boru kəmərinin istismarı üzrə risklərlə bağlı işi davam etdirir. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda qeyd olunub.

Bu layihələr çərçivəsində şirkət xarici tərəfdaşlarla birgə sığorta polislərinin yeniləşdirilməsi prosesini başa çatdırıb. Bu risklərə 2010-2011-ci illər ərzində əməliyyat risklərinin ödənilməsi, öhdəlik və terrorizm riskləri, boru kəmərlərinin mülkiyyəti üzrə risklər daxildir.

Şirkətin idarə heyətinin sədri Nofəl Rzayev prosesi şərh edərkən qeyd edib ki, "Paşa Sığorta"nın bp-nin idarə etdiyi strateji layihələrin milli sığortaçısı təyin olunması ilə bağlı qərar 2008-ci ilin yekunları ilə əlaqədar qəbul edilib. Buna əsas bp menecerlərinin Norveçin "Statoil" və Amerikanın "Marsh broker" şirkətini cəlb edərək, şirkətin əməliyyat prosedurlarının, personalın texniki bacarığının və şirkətin maliyyə xarakterlərinin təfsilatlı analizi olub.

"Paşa Sığorta" iki il ərzində gördüyü işlərin yekunu üzrə bp-nin risk-menecerlərinin yüksək qiymətini alıb və hazırda bizim və prosesin digər iştirakçıları - bp layihələrin operatoru qismində, "Marsh broker" firması və aparıcı sığorta şirkətləri tərəfindən hazırlıq, razılaşdırma, polis və sığorta sənədlərinin imzalama prosesi başa çatıb", - Rzayev bildirib.

20 mln manatlıq kapitala və 28 milyon manatlıq aktivlərə malik "Paşa Sığorta" şirkəti korporativ və fərdi müştərilərə sığortanın 31 növü üzrə xidmət göstərir. "Paşa Sığorta" sığorta məhsulları və xidmətlərinin keyfiyyətli idarə olunmasının beynəlxalq standartlara uyğun gəlməsinə görə, "Moody" agentliyi tərəfindən sertifikat alıb. Ötən ilin yekunları üzrə kapitallaşmanın həcminə görə, şirkət bazar liderlərinin beşliyinə daxil olub və sığorta haqlarının yığılması üzrə ölkənin aparıcı sığortaçılarının onluğunda mövqeyini möhkəmləndirib.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: "bp" (operator - 34,1367 faiz iştirak payı), "ChevronTexaco" (10,2814 faiz), ARDNŞ (10 faiz), INPEX (10 faiz), "Statoyl" (8,5633 faiz), "ExxonMobil" (8,006 faiz), TPAO (6,75 faiz), "Devon Energy" (5,6262 faiz), "Itochu" (3,9205 faiz), "Delta Hess" (2,7213 faiz).

Xəbər lenti

Xəbər lenti