...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin "İqtisadi islahatlar üzrə" Elmi-Tədqiqat İnstitutu və AMEA-nın İqtisadiyyat İnstitutu elmi-tədqiqat sahəsində əməkdaşlıq etmək haqqında razılığa gəliblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 14:14 (UTC +04:00)
Cümə günü Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin "İqtisadi islahatlar üzrə" Elmi-Tədqiqat İnstitutu və AMEA-nın İqtisadiyyat İnstitutu arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni institutların direktorları Vilayət Vəliyev və İsa Əliyev imzalayıblar.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin "İqtisadi islahatlar üzrə" Elmi-Tədqiqat İnstitutu və AMEA-nın İqtisadiyyat İnstitutu elmi-tədqiqat sahəsində əməkdaşlıq etmək haqqında razılığa gəliblər (FOTO)

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.Xəlilova/

Cümə günü Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin "İqtisadi islahatlar üzrə" Elmi-Tədqiqat İnstitutu və AMEA-nın İqtisadiyyat İnstitutu arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni institutların direktorları Vilayət Vəliyev və İsa Əliyev imzalayıblar.

Müqavilə iqtisadi sahədə elmi layihələr və tədqiqatların birgə həyata keçirilməsi, elmi kadrların hazırlanması, həmçinin, elmi-praktik simpoziumlar, konfranslar və seminarların keçirilməsini nəzərdə tutur.

Sənədin imzalanması "Azərbaycan Respublikası: iqtisadi inkişaf, sosial və mədəni nailiyyətlər"in təqdimatı çərçivəsində təşkil olunub.

Təqdimatda iqtisadi və sosial sahədə ölkənin əldə etdiyi nailiyyətlər, dövlət proqramları icrasının uğurlu nəticələri, ölkənin sosial-iqtisadi potensialı müzakirə olunub.

Tədbirdə ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti