...

Azərbaycan və Gürcüstan gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.Xəlilova/

Gürcüstanın Baş naziri Nika Gilauri iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün iyulun 23-də Bakıya gələcək. Bu barədə ölkə hökumətindən bildiriblər. Azərbaycan tərəfindən komissiyanın həmsədri Baş nazir Artur Rasizadədir.

İki ölkə hökuməti 2018-ci ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı çərçivəsində, əməkdaşlığın indiki vəziyyəti və görüləcək tədbirlərlə bağlı aparılacaq müzakirələrlə yanaşı, qaz tədarükü, 500 kilovoltluq gücə malik elektrikötürücü xəttin, Bakı-Tbilisi-Qars dəmir yolunun, eləcə də Rustavi-Bakı avtomobil yolununun tikintisi üzrə razılaşdırılan məsələləri də müzakirə edəcəklər.

Hazırda Gürcüstan hökuməti yatırılan investisiyalara zəmanət təhlükəsizliyini təmin edir, buna görə də azərbaycanlı sərmayədarlar vergi rejimi və bazarın liberallaşdırılması ilə bağlı gürcü bazarına gəlməkdə maraqlıdırlar.

Hazırda Azərbaycan müəssisələri Tbilisidə fəal surətdə işləyirlər. ARDNŞ Gürcüstanın paytaxtında nümayəndəlik açıb, Kulevi neft terminalına, "Petkim" neft-kimya kompleksinə, iki neft emalı zavodunun tikintisinə investisiyalar yatırıb. Bununla yanaşı, "Azərbaycan-Gürcüstan Beynəlxalq Bankı"nın törəmə bankı təsis edilib, Qafqaz İnkişaf Bankının filialı fəaliyyət göstərir, Azərbaycanın EMBAWOOD şirkəti isə burada mebel istehsalına başlayıb.

2010-cu ilin yanvar-may aylarında ölkələr arasında mal dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz azalaraq 175,4 milyon dollar təşkil edib. İdxal əməliyyatları 18,4 faiz, ixrac əməliyyatları isə 20,9 faiz azalıb.

Ölkələr arasında tədarük edilən malların nomenklaturasının genişləndirilməsi, kiçik və orta biznes sahəsində kooperasiya əlaqələrinin stimullaşdırılması, qarşılıqlı sərfəli layihələrin həyata keçirilməsinə investorların cəlb edilməsi və təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin möhkəmləndirilməsi üzrə potensial imkanlar var. Bununla əlaqədar olaraq, ölkələr arasında mal dövriyyəsinin artırılma imkanları, aparılacaq müzakirələrin predmeti olacaq.

Gürcüstan nümayəndə heyəti Tbilisiyə elə həmin gün qayıtmağı planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti