...

Azərbaycan ilə Rusiya arasında dəmiryol nəqliyyatı bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 18:04 (UTC +04:00)
Dağıstanın İnçxe-İzbirbaş dəmiryol hissəsində baş vermiş partlayışla əlaqədar bir az əvvəl Azərbaycan ilə Rusiya arasında dayandırılan dəmiryol nəqliyyatı bərpa edilib.
Azərbaycan ilə Rusiya arasında dəmiryol nəqliyyatı bərpa edilib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.İsmayılov/

Dağıstanın İnçxe-İzbirbaş dəmiryol hissəsində baş vermiş partlayışla əlaqədar bir az əvvəl Azərbaycan ilə Rusiya arasında dayandırılan dəmiryol nəqliyyatı bərpa edilib. Bu barədə cümə günü jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları Departamentinin rəhbəri Əliyar Muradov məlumat verib.

"Hərəkət artıq bərpa olunub və qatarların hərəkətində heç bir yubanma olmayacaq", - Muradov deyib.

Partlayış cümə günü Bakı vaxtı ilə saat 10:00-da Şimali Qafqaz dəmir yolunun 2362-ci km-də baş verib. Partlayışdan dəmiryol yataqlarının təxminən 2 m-nə ziyan dəyib. Xəsarət alan yoxdur.

Cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nəzirovun dediyinə görə, Rusiya ərazisində dəmiryolda tez-tez baş verən partlayışlarla əlaqədar olaraq, Azərbaycandan bu istiqamətdə gedən qatarlara tələbat 20-30 faiz azalıb.

Nəzirovun sözlərinə görə, partlayış həm sərnişin, həm də yükdaşımalarına mənfi təsir göstərir və qatarların hərəkət qrafikində gecikmələrə gətirib çıxarır.

Son vaxtlar Dağıstan ərazisindən keçən dəmir yollarında partlayışlar vüsət alıb. İyulun 15-də partlayış qurğusu lokomativ və iki qum vaqonundan ibarət buferli qatarın hərəkəti zamanı baş verib.

Belə hadisələrin baş verməsi nəticəsində Azərbaycandan gedən və Azərbaycana gələn qatarların geçikməsi halları olur. Bu gün "Azərbaycan Dəmir Yolları" QSC Dağıstan ərazisi vasitəsilə Moskva, Sankt-Peterburq, Rostov, Tümen, Kiyev, Xarkov və digər istiqamətlərdə reyslər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti