...

Azərbaycanın qarşısında ortagəlirli ölkələrin birinci qrupundan ikinci qrupuna keçmək vəzifəsi dayanır - Mərkəzi Bankın sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbirlər İ.Xəlilova, N.İsmayılova/

Azərbaycanın qarşısında ortagəlirli ölkələrin birinci qrupundan ikinci qrupuna keçmək vəzifəsi dayanıb. Bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Azərbaycan Parlamentinin iclasında 2011-ci ilə Dövlət Büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Azərbaycan inkişaf yolunun son 15 ili ərzində ortagəlirli ölkəyə çevrilib: əgər bundan əvvəl ölkə, əhalinin 60 faizinin yoxsul olması kimi problemlərlə qarşılaşıbsa, bu gün qarşıda duran vəzifə tamamilə başqadır - bu, öz inkişafını davam etdirməkdir", - Rüstəmov deyib.

Onun sözlərinə görə, ortagəlirli ölkələr üç qrupa bölünür, indi Azərbaycan birinci qrupa daxildir və növbəti 8-10 ildə yeni strateji mərhələdə əsas vəzifə iqtisadiyyatın inkişafını təmin etməklə ikinci qrupa keçməkdir.

Rüstəmovun sözlərinə görə, 2011-ci ilə təqdim olunmuş Dövlət Büdcəsi layihəsi mümkün risklərə uyğun cavabdır.

"Dünya tələbatının zəif inkişafı fonunda Dövlət Neft Fondundan köçürmələr səbəbindən, dövlət xərclərinin müəyyən artımları mühümdür ki, bu da daxili tələbat və investisiyaya təkan verməyə, həmçinin, iqtisadi artımı dəstəkləməyə imkan yaradır. Lakin ümumilikdə, büdcəni neft köçürmələrindən asılılıqdan azad etmək vacibdir", - AMB-in rəhbəri deyib.

Onun sözlərinə görə, ölkədə aparılan ortamüddətli pul-kredit siyasəti məhz iqtisadiyyatın şaxələnməsinə yönəldiləcək.

AMB, həmçinin, valyuta məzənnəsinin zəifləmə tendensiyasını deyil, onun möhkəmlənməsini gözləyir.

Ölkənin ödəniş balansının profisiti 10 milyard dollar səviyyəsində gözlənilir.

"Ölkənin maliyyə sektorunda bank sektorunun təkmilləşdirilməsi, bank sektorunu genişləndirməyə imkan verən maliyyə vasitəçiliyinin inkişafı və özəlləşdirilməsi üzrə tədbirlərin başa çatdırılması gözlənilir.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı artıq uzun müddətdir, müsbət iqtisadi artım və davamlılıq göstərir. Ölkənin iqtisadi artımı 2009-2010-cu illərdə 15 faiz artıb.

Xəbər lenti

Xəbər lenti