...

"Bank of Baku" Azərbaycanın bank bazarında ilk dəfə olaraq kredit üzrə onlayn-ödəniş təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 11:02 (UTC +04:00)
Azərbaycanın bank bazarında ilk dəfə olaraq "Bank of Baku" müştərilərinə kredit borclarının onlayn ödənişini təklif edir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
"Bank of Baku" Azərbaycanın bank bazarında ilk dəfə olaraq kredit üzrə onlayn-ödəniş təqdim edib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycanın bank bazarında ilk dəfə olaraq "Bank of Baku" müştərilərinə kredit borclarının onlayn ödənişini təklif edir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Hər zaman müştərilərinin məmnuniyyəti üçün çalışan "Bank of Baku" bu dəfə də onların vaxtına qənaət etmək məqsədilə rahat və etibarlı ödəniş üsulu hazırlayıb.

Belə ki, yeni xidmətdən istifadə etmək üçün banka gəlməyə heç bir ehtiyac yoxdur, sadəcə İnternet vasitəsilə Onlayn Kredit Ödənişi internet səhifəsinə daxil olub aşağıdakı məlumatları qeyd etmək lazımdır:

  • Hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini
  • Kredit kart məlumatlarını
  • Ödəniləcək məbləği
  • Təhlükəsizlik kodunu

Bu məlumatlar yerləşdirildikdən sonra sistem kart məlumatlarının doğruluğunu yoxlayıb ödənişi həyata keçirməyə cəhd göstərir. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. Diqqəti cəlb etmək üçün səhvlər qırmızı rəngli paneldə, sorğu uğurla keçərsə, nəticə yaşıl rəngli paneldə əks olunur. Qeyd etmək lazımdır ki, ödənişlər zamanı müştəridən heç bir əlavə komisyon haqq tutulmur.

"Bank of Baku"nun yeni onlayn kredit ödənişi artıq İnternet istifadəçilərinin xidmətindədir. Sistemin təhlükəsizliyi beynəlxalq standartlara cavab verir və ötürülən məlumatların şifrələməsi SSL protokollarının beynəlxalq sertifikasiyası üzrə liderlərdən biri olan thawte kompaniyasının sertifikatı ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti