...

Azərbaycanda girov əmanəti qəbul etmək hüquqlu bank olmayan kredit təşkilatlarının sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2011 17:28 (UTC +04:00)
Azərbaycanda kredit verərkən girov əmanəti qəbul etmək hüquqlu daha bir bank olmayan kredit təşkilatı-VİSA dövlət qeydiyyatından keçib. Bu barədə şənbə günü ölkənin Vergilər Nazirliyinin rəsmi saytında dərc olunan məlumatda deyilir.
Azərbaycanda girov əmanəti qəbul etmək hüquqlu bank olmayan kredit təşkilatlarının sayı artır

Azərbaycan, Bakı, 3 sentyabr / Trend, müxbir N.İsmayılova /

Azərbaycanda kredit verərkən girov əmanəti qəbul etmək hüquqlu daha bir bank olmayan kredit təşkilatı-VİSA dövlət qeydiyyatından keçib. Bu barədə şənbə günü ölkənin Vergilər Nazirliyinin rəsmi saytında dərc olunan məlumatda deyilir.

Təşkilat strukturun Müşahidə Şurasının üzvləri olan Ceyhun Mehdizadə və Yaşar Məmmədov tərəfindən təsis edilib. Şirkətin qanuni nümayəndəsi Şahin Hüseynovdur. Struktur kommersiya fəaliyyəti göstərmək üçün dövlət qeydiyyatından avqustun 10-da keçib.

BOKT-nın nizamnamə kapitalı 300 min manat təşkil edir.

Azərbaycan Mərkəzi Bankının " Bank olmayan kredit təşkilatları haqqında" yeni qanunu əsasında hazırladığı qaydalarına uyğun olaraq kredit verərkən girov əmanəti qəbul etmək hüquqlu BOKT üçün nizamnamə kapitalı üçün mimimum tələb 300 min manat səviyyəsində, bu hüuüu olmayan kredit təşkilatları üçün isə 30 min manat həcmində müəyyən olunub.

2011-ci ilin birinci yarısının sonuna olan məlumata görə, Azərbaycanda 2010-cu ilin sonlarındakı 101 BOKT-na qarşı 114 BOKT fəaliyyət göstərir. Beynəlxalq humanitar təşkilatlar hesabına maliyyələşdirilən kredit təşkilatlarının sayı 24 təşkil edir.

Xəbər lenti

Xəbər lenti