...

Hesablama Palatası Azərbaycanın elektroenergetika operatorunu təftişə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2011 17:27 (UTC +04:00)
Azərbaycan Hesablama Palatası "Azərenerji" ASC-də auditor yoxlanışına başlayıb. Bu barədə Trend-ə şənbə günü palatanın sədr müavini Adil Məhərrəmov deyib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Hesablama Palatası "Azərenerji" ASC-də auditor yoxlanışına başlayıb. Bu barədə Trend-ə şənbə günü palatanın sədr müavini Adil Məhərrəmov deyib.

"Bir neçə gün bundan qabaq kollegiya iclasında "Azərenerji"də yoxlamalara başlamaq haqda qərar qəbul olunub. O, sentyabrın 14-də başlanıb və bir ay müddətində başa çatar.", o deyib.

Onun sözlərinə görə, auditor yoxlanışı bir neçə investisiya layihəsi, o cümlədən modul stansiyalarının tikintisi layihəsi üzrə həyata keçiriləcək.

"Bu, cari ildə ilk auditor yoxlanışıdır", o deyib.

Xəbər lenti

Xəbər lenti