...

Azərbaycan un idxalını əhəmiyyətli dərəcədə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2011 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Axundov/

Yanvar-avqustda Azərbaycan 55,488 milyon dollarlıq un idxal edib ki, bu, ümumi idxalın 0,95 faizini təşkil edib və keçən ilin müvafiq dövrünün göstəricisindən 56,43 dəfə çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin saytında çərşənbə günü yerləşdirilən gömrük hesabatında deyilir.

8 ay ərzində taxıl idxalı 19,84 faiz artaraq 168,54 milyon dollara çatıb ki, bu, ölkənin həmin dövr ərzində ümumi idxalının 2,87 faizini təşkil edir.

Ümumilikdə, hesabat dövründə 688,46 milyon dollarlıq (illik artım 19,95 faiz) qida məhsulları idxal edilib. Bu, ölkənin ümumi idxalının 11,74 faizidir.

Yeyinti məhsullarında ilk 8 ay ərzində 103,57 milyon dollarlıq qənd (illik azalma 8,59 faiz; ümumi idxaldakı pay 1,77 faiz), 79,3 milyon dollarlıq yağ (1,87 faiz azalma, ümumi idxaldakı pay 1,35 faiz), 13,24 milyon dollarlıq ət (12,21 faiz artım, ümumi idxaldakı pay 0,23 faiz), 5,94 milyon dollarlıq süd (4,53 faiz azalma, ümumi idxaldakı pay 0,1 faiz) idxal edilib.

Azərbaycan idxalını hesabat dövründəki böyük hissəsi və ya 32,34 faizi avtomobil, mexanizmlər, avadanlıq, elektrik aparatları və onların ehtiyat hissələri təşkil edib. Bu dövrdə 1,66 milyard dollarlıq avtomobil və avadanlıq idxal olunub ki, bu göstərici keçən ilin müvafiq dövründəkindən 83,9 faiz çoxdur.

Həmçinin ölkəyə 839,72 milyon dollarlıq nəqliyyat vasitələri və onlara aid ehtiyat hissələri (58,63 faiz atrım, ümumi idxaldakı pay 14,32 faiz), 748,55 milyon dollarlıq qara metal və məmulatları (44,33 faiz artım, ümumi idxaldakı pay 12,77 faiz), 147,6 milyon manatlıq taxta və məmulatları (49,55 faiz artım, ümumi idxaldakı pay 2,52 faiz), 31,99 milyon manatlıq xalq istehlakı malları (7,03 faiz artım, ümumi idxaldakı pay 0,54 faiz), 33,72 milyon manatlıq mebel və tərkib hissələri (21,94 faiz artım, ümumi idxaldakı pay 0,55 faiz), 122,85 milyon dollarlıq əczaçılıq məhsulları (32,7 faiz artım, ümumi idxaldakı pay 2,1 faiz) gətirilib.

Hesabat dövründə ölkənin idxalı 5,863 milyard dollar təşkil edib ki, bu, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 45,76 faiz çoxdur.

İlin ilk 8 ayı ərzində ixrac əməliyyatları 17,798 milyard dollarlıq olub. Bu göstərici keçən ilin müvafiq dövrilə müqayisədə 27,59 faiz çoxdur.

Xarici ticarət əməliyyatlarında 11,935 milyard dollarlıq müsbət saldo yaranıb.

Ölkənin ümumi əmtəə mübadiləsi 23,661 milyard dollar təşkil edib ki, bu, keçənilki göstəricidən 31,66 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti