...

Azərbaycan Sənaye Bankı bayram krediti kampaniyasını elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 18:05 (UTC +04:00)
Azərbaycan Sənaye Bankı 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə bayram xərclərinin qarşılanması üçün sərfəli şərtlərlə bayram krediti kampaniyasını elan edir.
Azərbaycan Sənaye Bankı bayram krediti kampaniyasını elan edir

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycan Sənaye Bankı 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə bayram xərclərinin qarşılanması üçün sərfəli şərtlərlə bayram krediti kampaniyasını elan edir.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 20-dək davam edəcək kampaniya çərçivəsində 12 ay müddətinə 2000 manatadək kreditlər təklif olunur. Bayram kreditinin ən cəlbedici özəlliyi ondan ibarətdir ki, bu kredit illik 14%-lə, üstəlik heç bir bank xərci və komissiya haqqı olmadan təqdim olunur. Sadəcə şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və 1 zamin təqdim olunmaqla kredit əlavə xərc olmadan təqdim edilir.

Bayram krediti kampaniyasından faydalanmaq istəyənlər əlavə məlumatı www.bayramkrediti.az saytından, krediti isə ən yaxın filialdan əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti