...

Azərbaycanda vergi terminallarının sayı artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2012 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycanda 14 vergi terminalı istismara verilib ki, nəticədə onların ümumi sayı 30 ədədə çatıb. Trend-in məlumatına görə, bu barədə "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da deyilir.

2011-ci ildə vergi terminalları vasitəsilə 54 237 vergi ödəyicisinə 138 327 müxtəlif növ vergi xidməti göstərilib.

Ötən il Yardımlı, Lerik, Biləsuvar, Neftçala, Saatlı, Qax, Bərdə və Tərtərdə terminalların tikintisi başa çatıb.

Vergilər Nazirliyi 2013-cü ilə qədər terminalların sayını 55 ədədə çatdırmağı planlaşdırır, onlardan beşi Bakıda, ikisi Sumqayıtda, ikisi Gəncədə və 46-sı digər regionlarda fəaliyyət göstərəcək.

Vergiödəyicilər bu terminallar vasitəsilə vergi orqanları ilə elektron sənəd mübadiləsi apara, bəyannamə və sair hesabat sənədlərini onların daha sonra göndərilməsi perspektivi ilə hazırlaya, habelə bu işlərlə bağlı lazımi izahatları ala bilərlər. Həmçinin, terminallarda vergiödəyicilərin şəxsi səhifələrindəki göstəricilərə baxış keçirmə imkanı da təmin edilib.

Xəbər lenti

Xəbər lenti