...

Belarus və Rusiya arasında hava əlaqəsi kəsilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Mart 2012 12:01 (UTC +04:00)
Rusiya aviasiya administrasiyası milli aviadaşıma uçuşlarına icazəni geri götürərək Minsk ilə Moskva arasında hava əlaqəsini dayandırıb.
Belarus və Rusiya arasında hava əlaqəsi kəsilib

Azərbaycan, Bakı, 26 mart /Trend/

Rusiya aviasiya administrasiyası milli aviadaşıma uçuşlarına icazəni geri götürərək Minsk ilə Moskva arasında hava əlaqəsini dayandırıb. Bu barədə Trend bazar ertəsi BELTA-ya istinadən məlumat verir.

Səhər saat 07:00-da Minskdən uçmalı olan təyyarəni gecikdirmək lazım gəlib. Hazırda Belarus və Rusiya nümayəndələri yaranmış problemi həll etməyə çalışırlar.

Rusiya tərəfinin qərarına cavab olaraq, Belarus aviasiya administrasiyası bütün Rusiya şirkətlərinə mütəmadi reyslərin icrasına olan icazəni geri götürüb.

Xəbər lenti

Xəbər lenti