...

DəmirBank "SAP for Banking" layihəsinin tətbiqini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 15:30 (UTC +04:00)
DəmirBank Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq "SAP for Banking" proqram təminatının tətbiqini uğurla davam etdirir.
DəmirBank "SAP for Banking" layihəsinin tətbiqini davam etdirir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

DəmirBank Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq "SAP for Banking" proqram təminatının tətbiqini uğurla davam etdirir.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, "Evolution" adlandırılan layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Niderland İnkişaf Maliyyə Şirkətinin (FMO) dəstəyi ilə həyata keçirilir. "PriceWaterhouseCoopers" isə layihəni icra edən məsləhətçi şirkətdir.

"Evolution" layihəsi yalnız İT sahəsini deyil, bütünlükdə biznes transformasiyasını əhatə edir. Müxtəlif modulların (Hesabların İdarə Edilməsi, Xəzinədarlıq, Ödəniş Sistemləri, Kredit, Təminat, İnsan Resursları, Müştərilərlə Əlaqələrin İdarə Edilməsi) tətbiqi istiqamətində geniş işlər aparılıb və bir sıra modullar qismən tətbiq edilib. Qeyd edək ki, "CommerzBank", "DeutscheBank" kimi dünyanın bir çox aparıcı bankları da bu proqram təminatından istifadə edir.

"Ümumi 3 fazadan ibarət layihənin hazırda 2-ci fazası üzrə işlər aparılır. SAP for Banking modulunun ən son - 8-ci versiyası əsasında sistemin modeli və prototipləri qurulub. Model CRM, bank işi, insan resurslarının və sənəd dövriyyəsinin idarə olunması və xəzinədarlıq kimi biznes istiqamətləri əhatə edir. 2-ci faza üzrə konseptual layihələrin işlənməsi həyata keçirilir və sistemin işləmə forması nümayiş olunub. Hazırda işçi qrupu tərəfindən sistemin nizamlanması prosesi həyata keçirilir", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank IT infrastrukturun müasir tələblərə və artan əməliyyat həcminə uyğunlaşdırılması məqsədilə ötən il, həmçinin, "İT infrastrukturun yenilənməsi" layihəsini həyata keçirib. Layihə çərçivəsində yeni müasir server və işçi avadanlıqları quraşdırılıb, şəbəkə avadanlıqları və kabel şəbəkəsi yenilənib, IP telefoniya tətbiq edilib, proqram təminatı və İT təhlükəsizlik, eləcə də digər istiqamətlərdə geniş işlər həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti