...

Bakı-Moskva təyyarəsinin təcili eniş etməsinə səbəb yanacağın qeyri-bərabər paylanması olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 11:26 (UTC +04:00)
Ötən şənbə günü Bakı-Moskva marşrutu ilə hərəkət edən təyyarənin Həştərxan aeroportunda təcili eniş etməsinə səbəb hava gəmisinin hər iki tərəfinə yanacağın qeyri-bərabər paylanması olub.
Bakı-Moskva təyyarəsinin təcili eniş etməsinə səbəb yanacağın qeyri-bərabər paylanması olub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

Ötən şənbə günü Bakı-Moskva marşrutu ilə hərəkət edən təyyarənin Həştərxan aeroportunda təcili eniş etməsinə səbəb hava gəmisinin hər iki tərəfinə yanacağın qeyri-bərabər paylanması olub. Bu barədə bazar ertəsi Trend-ə "YuTeyr" aviaşirkətinin Bakı nümayəndəliyindən bildiriblər.

Məlumata görə, Həştərxandan sərnişinlər elə həmin təyyarə ilə Moskvanın "Vnukovo" aeroportuna göndəriliblər.

"Həştərxan aeroportunda təcili eniş etmənin səbəbi hava gəmisinin hər iki tərəfinə yanacağın qeyri-bərabər paylanması olub. Dünən təyyarə sərnişinlərlə Moskvaya yola düşüb", - nümayəndəlikdən deyiblər.

Bir az əvvəl "İnterfaks-Cənub" agentliyinin verdiyi məlumata görə, ötən şənbə günü "YuTeyr" aviaşirkətinə məxsus təyyarə Moskva vaxtı ilə saat 18:00-da Həştərxanda təcili eniş edib.

Təyyarənin göyərtəsində 54 sərnişin olub.

Xəbər lenti

Xəbər lenti