...

Portuqaliya Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 14:16 (UTC +04:00)
Portuqaliya Azərbaycanla siyasi və iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Portuqaliya Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Ə.Həsənov/

Portuqaliya Azərbaycanla siyasi və iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Portaş bildirib.

"Təəssüf ki, ixrac və idxal potensialımız olduqca aşağı səviyyədədir və mən çalışacağam ki, bu göstəricilər yeni səviyyəyə qalxsın", - Portaş deyib.

O qeyd edib ki, Portuqaliya və Azərbaycan yaxın dostlardır və səfərinin əsas məqsədi, ilk növbədə, siyasi və iqtisadi əməkdaşlığı gücləndirmək, habelə, iki ölkə arasında ixrac-idxal potensialını artırmaqdır.

"Biz çox işlər görməliyik və inanıram ki, siyasi və iqtisadi münasibətlərimizi gücləndirə bilərik", - Portaş vurğulayıb.

Portaşın səfəri çərçivəsində çərşənbə günü Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilib. Biznes forumda iki ölkənin rəsmi şəxsləri, tikinti, arxitektura, qida və kimya sənayesi, İKT, əczaçılıq, avadanlıq istehsalı və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan və Portqaliyanın 90 sahibkarı iştirak edib.

Xəbər lenti

Xəbər lenti