...

Azərbaycan və Türkiyəni daha bir dəmiryol xətti birləşdirə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2012 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.İsmayılov/

Naxçıvan-Qars yeni dəmiryol xəttinin tikintisi məsələsi öz aktuallığını qoruyur. Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Bu, Türkiyənin həm sərnişinlər, həm də yüklərə aid olan dəmir yoluna çıxışı təmin etməyə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi üzündən blokadadadır. NMR ilə əlaqə ya hava nəqliyyatı, ya da İran ərazisi vasitəsilə avtomobil nəqliyyatı ilə həyata keçirilir.

"Hazırda QSC rəhbərliyi bu məsələ ilə əlaqədar Naxçıvandadır", - Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, yenidəmir yol xəttinin yaradılması Azərbaycanla Türkiyə arasında danışıqların predmetidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti