...

"Xalq Bank" kart əməliyyatlarını sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2012 16:08 (UTC +04:00)
"Xalq Bank" müştərilərin rahatlığı üçün yeni xidməti – "Cash-in" tipli bankomatı qoşub.
"Xalq Bank" kart əməliyyatlarını sadələşdirir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

"Xalq Bank" müştərilərin rahatlığı üçün yeni xidməti - "Cash-in" tipli bankomatı qoşub.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, indi "Xalq Bank"ın bütün plastik kart müştəriləri banka gəlmədən, gunün istənilən vaxtında 24/7 rejimində işləyən "Cash-in" tipli bankomat vasitəsilə manat və ABŞ dolları valyutalarında karta pul mədaxil edə, həmçinin bankın kredit kart müştəriləri kart üzrə kredit borclarını ödəyə bilərlər.

"Cash-in" tipli bankomatın ən vacib üstünlüklərindən biri pul vəsaitlərinin bankın iş rejimindən asılı olmayaraq həmin anda müştərinin kartına keçirilməsidir.

"Cash-in" tipli bankomat "Xalq Bank"ın baş ofisində, İnşaatçılar pr., 22L ünvanında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti