...

Azərbaycanın tikinti sektoru Niderland şirkətləri üçün maraqlı ola bilər - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Niderland şirkətləri özləri ilə yüksək texnologiyalar gətirməklə Azərbaycanda tikinti layihələrində iştirak edə bilərlər. Bu barədə cümə axşamı Trend-ə Niderlandın Azərbaycandakı səfiri Aryen Peter Uyterlinde deyib.

"Azərbaycanın tikinti sektoru yüksək texnologiyaların tətbiqi baxımından Niderland şirkətləri üçün maraqlı ola bilər. Burada tikinti materiallarının çatdırılması aktual deyil, çünki aradakı məsafə böyükdür. Coğrafi mövqeyi nəzərə alınmaqla Niderlandın dəniz kənarında yerləşmə ilə əlaqədar problemlərin aradan qaldırılmasına dair böyük təcrübəsi var. Bundan başqa, Niderland əhalinin sıxlığına görə Vatikan və Banqladeşdən sonra üçüncü ölkədir və biz ən mürəkkəb infrastruktur problemləri həll etməyi öyrənmişik", - səfir qeyd edib.

Onun sözlərinə görə, bu sahələrdə təcrübə Azərbaycan üçün maraqlı ola bilər.

"Şirkətlərimiz bu səviyyədə əməkdaşlıq edə bilərlər. Praktikada tərəfdaşlıq nümunələrimiz var. Belə ki, Niderland şirkəti Azərbaycanda yeni dəniz limanının tikintisində iştirak edir. Potensial böyükdür və bu, hələ başlanğıcdır", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti