...

Azərbaycanda Beynəlxalq Əmanət Günü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 15:22 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF), Əmanətlərin Sığortalanması Fondu və bir sıra kommersiya bankları (Access Bank, Unibank, Beynəlxalq Bank, DəmirBank və Bank Respublika) "Maliyyə savadlılığı" layihəsi çərçivəsində ilk dəfə olaraq oktyabrın 31-də Beynəlxalq Əmanət Günü keçirəcəklər.
Azərbaycanda Beynəlxalq Əmanət Günü keçiriləcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF), Əmanətlərin Sığortalanması Fondu və bir sıra kommersiya bankları (Access Bank, Unibank, Beynəlxalq Bank, DəmirBank və Bank Respublika) "Maliyyə savadlılığı" layihəsi çərçivəsində ilk dəfə olaraq oktyabrın 31-də Beynəlxalq Əmanət Günü keçirəcəklər.

AMB-dən Trend-ə verilən məlıumata görə, noyabrın 8-dək nəzərdə tutulmuş tədbirlərin Azərbaycanda keçirilməsində məqsəd milli bank sektoruna inamın güclənməsi və əhalinin maliyyə savadlılığının artırılmasıdır. Əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması kiçik yaşlardan başlanıldığı üçün bu tədbir əsasən məktəb şagirdlərinə yönəlib.

Tədbir çərçivəsində bank filiallarında, məktəblərdə uşaqlar üçün müxtəlif yarışlar, müsabiqələr keçirələcək, maarifləndirici promo materiallar paylanacaq, iştirakçı bankların ATM-lərində videoçarxlar yayımlanacaq.

Azərbaycanın Beynəlxalq Əmanət Gününün simvolik rəmzi əlində qəpiklə dolu küpə tutan dələ, şüarı isə "Toplayaraq böyü" devizi seçilib.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin beynəlxalq konqresində qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti