...

2013-cü ildə sahibkarlara 50 milyon manat güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 15:20 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 15-də Ağstafa rayonunun Vurğun qəsəbəsində “Ağstafa-Aqroservis” MMC müəssisəsində keçirib.
2013-cü ildə sahibkarlara 50 milyon manat güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 15-də Ağstafa rayonunun Vurğun qəsəbəsində "Ağstafa-Aqroservis" MMC müəssisəsində keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş sahibkar Elman Abdullayevin 100 başlıq ətlik istiqamətli heyvandarlıq təsərrüfatının fəaliyyətinə baxış keçirilib.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan olunan müasir çörək zavodunun, müasir heyvandarlıq, üzümçülük təsərrüfatlarının və üzüm emalı (qurudulması) müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2013-cü ildə Fondun fəaliyyətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində 278 sahibkarklıq subyektinin investisya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manat güzəştli kreditlərinin verilməsi təmin olunub, bu layihələrin reallaşması 1400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Bildirilib ki, son illər ərzində Fond tərəfindən Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 95.8 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin maliyyələşdirilməsinə 44.9 milyon manat güzəştli kreditlər verilib. Verilmiş güzəştli kreditlər hesabına 18000-ə yaxın yeni iş yerləri yaradılıb.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağstafa və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 628 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti