...

Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlər üzrə proqnozu 6,5 faiz yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2013 15:13 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar ayında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 89,542 milyon manat ödəyib.
Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlər üzrə proqnozu 6,5 faiz yerinə yetirib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar ayında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 89,542 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.

Yanvarda gömrük rüsumlarından daxilolmalar 17,885 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 66,89 milyon manat, aksizlər üzrə 3,53 milyon manat, yol vergisi üzrə isə 1,235 milyon manat təşkil edib.

2013-cü il üçün DGK xətti ilə 1,38 milyard manat həcmində ödəniş proqnozu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti