...

İsmayıllı rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 11:12 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü il aprelin 12-də İsmayıllı rayonunun Diyallı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.
İsmayıllı rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü il aprelin 12-də İsmayıllı rayonunun Diyallı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, SKMF tərəfindən İsmayıllı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir soyuducu anbar kompleksinin yaradılması;
- bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- müasir quşçuluq təsərrüfatının yaradılması;
- müasir heyvandarlıq kompleksinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti