...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin geniş kollegiya iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 19:44 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2013-cü ilin birinci rübü ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin geniş kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2013-cü ilin birinci rübü ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı cari ilin birinci rübü ərzində dünya iqtisadiyyatının mövcud vəziyyəti haqqında məlumat verərək, qlobal iqtisadiyyatda və maliyyə bazarlarının müxtəlif coğrafi məkanlarında mühüm hadisələrin baş verdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Aslanlı Azərbaycan iqtisadiyyatının cari ilin birinci rübü ərzində dünya iqtisadiyyatında baş verən proseslərə qarşı dayanıqlılıq nümayiş etdirərək 3.1% artdığını qeyd edib.

QKDK-nın sədri Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının diversifikasiyası prosesinin uğurla davam etdiyini və qeyri-neft sektorunun müxtəlif sahələrinin dəstəyi ilə 11.7% artım nümayiş etdirildiyini vurğulayıb. Sədr ölkədə makroiqtisadi vəziyyətin sabitliyi, inflyasiyanın məqbul səviyyədə olmasının investisiya qoyuluşlarının davam etməsinə səbəb olduğunu və əhalinin real gəlirlərinin 5% artdığını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Nitqinin davamında qiymətli kağızlar bazarına toxunan QKDK sədri hesabat dövründə bazarın qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda inkişaf etdiyini bildirib. Aslanlı ötən dövrlərdə olduğu kimi, ölkənin səhm bazarının yüksək artım nümayiş etdirdiyini bildirərək, 2013-cü ilin əvvəlindən başlayaraq istiqrazların emissiyasının davam etdiyini və İpoteka Fondunun istiqrazlarının həcmində artım müşahidə olunduğunu qeyd edib.

Daha sonra QKDK-nın Aparatının rəhbəri və struktur bölmə rəhbərləri çıxış edərək "2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafına dair" Dövlət Proqramında, Açıq hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin 2013-cü ilin birinci rübü ərzində icra statusuna, eləcə də QKDK-da sənədlərin, o cümlədən vətəndaş müraciətlərinin icra intizamına dair məlumat verib.

İclası yekunlaşdıran kollegiyanın sədri Aslanlı Dövlət Proqramının və Fəaliyyət Planlarının icrası, habelə QKDK-da sənədlərin icra intizamının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti