...

"British Airways" və “Əli və Nino” kitab mağazaları şəbəkəsi “Şekspir, Böyük Britaniya və Mən” müsabiqəsi keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2013 11:19 (UTC +04:00)
“Əli və Nino” kitab mağazaları şəbəkəsi və "British Airways" aviaşirkəti aprelin 30-da "Şekspir, Böyük Britaniya və mən" müsabiqəsinin başlanmasını elan edir. Müsabiqə dahi şairin ad gününə həsr olunub. Bu barədə Trend-ə çərşənbə axşamı şirkətdən məlumat verilib.
"British Airways" və “Əli və Nino” kitab mağazaları şəbəkəsi “Şekspir, Böyük Britaniya və Mən” müsabiqəsi keçirəcək

Azərbaycan, Bakı, 30 aprel /Trend/

"Əli və Nino" kitab mağazaları şəbəkəsi və "British Airways" aviaşirkəti aprelin 30-da "Şekspir, Böyük Britaniya və mən" müsabiqəsinin başlanmasını elan edir. Müsabiqə dahi şairin ad gününə həsr olunub. Bu barədə Trend-ə çərşənbə axşamı şirkətdən məlumat verilib.

Müsabiqədə iştirak etmək üçün "Əli və Nino"-nun Facebook səhifəsinə daxil olub, üçmərhələli yarışda iştirak etmək lazımdır. Layihənin şərtlərinə görə, iştirakçılar Şekspir haqqında suallara cavab verməli, ən yaxşıları isə "Şekspir, Böyük Britaniya və Mən" mövzusunda kiçik esse yazmalıdırlar. Qaliblər "British Airways" aviaşirkətinin World Traveller ekonomik klassına iki bilet qazanacaqlar. Digər iki finalçı həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması 2013 il, mayin 4-də, 28 Mall Ticarət Mərkəzində keçiriləcək.

"British Airways aviaşirkəti, İngiltərənin kiçik bir hissəsini "Əli və Nino kitab mağazalar şəbəkəsinin qonaqlarına bəxş etməyə çox şaddır. Biz, Azərbaycan oxucularına, İngiltərənin ən gözəl ədəbiyyat nümunələrindən həzz almağa dəvət edirik. Bizim Londona gündəlik uçuşlar cədvəlimiz səyahətçilərə İngiltərəni hiss etmək və BA şirkətinin xidmətlərindən zövq almaq təklif edir." - bunu BA aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asıya ölkələri üzrə kommersiya direktoru Paolo de Renzis deyib.

Uilyam Şekspir - İngiltərənin ən görkəmli şairlərindən biridir. Onun şer və pyesləri indiyədək məşhurdurlar və daim, bütün dünyada müxtəlif təfsirlərdə, siyası və mədəni kontekstlərdə peyda olur. Çox məmnunuq ki, Şekspirin doğum gününü "British Airways" aviaşirkəti və kitab həvəskarları ilə birgə qeyd edirik", - bunu "Əli və Nino" kitab mağazaları şəbəkəsinin müdiri Nigar Köçərli bildirir.

"British Airways" haqqında:

  • "British Airways" qış təqviminə uyğun olaraq Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər təklif edir.
  • "British Airways" - marşrut şəbəkəsi 75 ölkəni, 175 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
  • "British Airways" dünyanın ən irimiqyaslı beynəlxalq hava yolu olaraq hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
  • Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - Biznes və Ekonom.
  • "British Airways" yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.
  • "British Airways" həm göyərtədə, həm yerdə maksimal komfort yaratmaq məqsədilə iki il ərzində smart-texnologiyalarla təchiz olunmuş yeni təyyarələrə £ 5 milyarddan artıq sərmaye qoymuşdur.

Əlavə məlumat və KİV sorğuları üçün "British Airways" aviaşirkətinin Azərbaycandakı mətbuat nümayəndəliyinə müraciət edin.

Telefon - (012 4368509)

Email - [email protected]

Позвонить

Отправить SMS

Добавить в Skype

Вам понадобятся деньги на счете в SkypeБесплатно через Skype

Позвонить

Отправить SMS

Добавить в Skype

Вам понадобятся деньги на счете в SkypeБесплатно через Skype

Позвонить

Отправить SMS

Добавить в Skype

Вам понадобятся деньги на счете в SkypeБесплатно через Skype

Позвонить

Отправить SMS

Добавить в Skype

Вам понадобятся деньги на счете в SkypeБесплатно через Skype

Məqalədə:
Xəbər lenti

Xəbər lenti