...

Dünya Bankının vitse-prezidenti Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir A.Axundov/

Dünya Bankının (DB) vitse-prezidenti Yoahim fon Amsberq Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə çərşənbə axşamı Trend-ə DB-nin Bakı nümayəndəliyindən bildiriblər.

Nümayəndəlikdən deyiblər ki, iyunun 14-15-də Bakıda olacaq Y.Amsberq Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) güzəştli maliyyələşdirilmə məsələsinə və işinə nəzarət edir.

Bankdan bildiriblər: "Azərbaycan 300 milyon dollar ayırmaqla BİA-nın borcunun yarısını vaxtından əvvəl ödəyib. Səfərin məqsədlərindən biri də bu işdə ölkə hökumətinin xidmətinin tanınmasıdır".

DB-nin vitse-prezidenti Maliyyə Nazirliyində, Mərkəzi Bankda və Nazirlər Kabinetində görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti