...

"Azər-Türk Bank"ın yeni şöbəsi yaradıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2015 12:40 (UTC +04:00)
“Azər-Türk Bank”ın xidmət şəbəkəsi genişləndirilərək, paytaxtda bankın 1 saylı şöbəsi yaradılıb.
"Azər-Türk Bank"ın yeni şöbəsi yaradıldı

Azərbaycan, Bakı, 23 iyul /Trend/

"Azər-Türk Bank"ın xidmət şəbəkəsi genişləndirilərək, paytaxtda bankın 1 saylı şöbəsi yaradılıb.

Bankdan Trend-ə verilən məlumata görə, şöbə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin tərkibində fəaliyyət göstərir.

Həmin mərkəzə müraciət edən vətəndaşlara bank xidmətləri "Azər-Türk Bank" tərəfindən yerinə yetiriləcək.

"Azər-Türk Bank"ın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, yaxud 945 nömrəli müştəri xidmətindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti