...

Sənaye parkları üçün avadanlıqların idxalında sui-istifadə hallarının qarşısının alınması üzrə mexanizm yaradılmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2016 13:08 (UTC +04:00)
Azərbaycanda sənaye parklarının rezidentlərinin avadanlıqları idxal edərkən yol verdikləri sui-istifadə hallarının qarşısının alınması üzrə mexanizm yaratmaq lazımdır.
Sənaye parkları üçün avadanlıqların idxalında sui-istifadə hallarının qarşısının alınması üzrə mexanizm yaradılmalıdır

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda sənaye parklarının rezidentlərinin avadanlıqları idxal edərkən yol verdikləri sui-istifadə hallarının qarşısının alınması üzrə mexanizm yaratmaq lazımdır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Yeni İpək yolu iqtisadi kəməri" regionunda inklüziv və davamlı sənayenin inkişafının gücləndirilməsi" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, Azərbaycan belə hallara tək-tək təsadüf edilir, lakin olanda da vaxtında qarşısı alınır: "Bizim sənaye parklarında praktika elə təşkil olunub ki, idxal olunan avadanlıqlar gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad edilir. Eyni zamanda, rezident avadanlıqları idxal edərkən parkı idarə edən şirkət tərəfindən ciddi nəzarət olur. Yoxlama çox dürüst aparılır. İdxal edilən avadanlığın təyinatı şirkətin fəaliyyətinin profili ilə üst-üstə düşmürsə, onun parkların ərazisinə gətirilməsi qadağan edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti