...

AYİB azərbaycanlı iş qadınlarının biznesdə iştirakını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2016 11:16 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iş qadınları üçün onların sahibkarlıq və liderlik bacarıqlarını inkişaft etdirmək və işgüzar fəaliyyətlərinin genişləndirilməsinə imkanlar yaradmaq məqsədilə dörd günlük seminarının ikinci sessiyasına başlayıb.
AYİB azərbaycanlı iş qadınlarının biznesdə iştirakını dəstəkləyir

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iş qadınları üçün onların sahibkarlıq və liderlik bacarıqlarını inkişaft etdirmək və işgüzar fəaliyyətlərinin genişləndirilməsinə imkanlar yaradmaq məqsədilə dörd günlük seminarının ikinci sessiyasına başlayıb.

AYİB-dən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən on altı qadın sahibkar bu gün seminarda iştirak edir.

"AYİB qadın sahibkarların potensialını aşkar etmək, onların bacarıqlarını gücləndirmək və biznesdə iştirakını dəstəkləmək məqsədi ilə işgüzar fəaliyyət göstərir. Bunun üçün biz praktiki təlimlər təklif edərək qadınların sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirir və səhmlərini davamlı biznesə keçirmək üçün onlara yardım edirik" - bunu AYİB Cənubi Qafqaz və Rusiya Federasiyası Kiçik Müəssisələr üzrə Rəhbəri Cef Ferri bildirib.

Bu seminar İlkin Keçid Dövrü Ölkələr Fondu, Avropa Birliyi və İsveç hökuməti tərəfindən maliyyələşdirilən AYİB İş Qadınları Dəstək proqramının bir hissəsini təşkil edir. AYİB özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə Kiçik və Orta Sahibkarlıqla məşğul olan qadın sahibkarlar üçün 50 milyon Avrodan artıq kreditlərin verilməsinə imkanlar yaradacaqdır.

Bu məbləğin 9 milyon AVRO məbləği maliyyələşdirilmə zamanı risklərin azaldılması və tərəfdaş banklara texniki dəstəyin göstərilməsi məqsədilə sponsor maliyyələşdirilməsinə ayrılmaqla yanaşı, qadın sahibkarlara biznesin idarə edilməsinə dair tövsiyələrin verilməsi, onlar üçün təlimlərin keçirilməsi və müvafiq olaraq təlimatlandırılmasına xidmət edir.

1993-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bəri, AYİB 800-dən artıq müəssisəyə inkişaf etmək və öz işgüzar fəaliyyətlərini genişləndirmək məqsədilə onlar üçün praktiki bilik və texnologiyaların öyrənilməsində məşvərətçi xidmətlərindən bəhrələnmək imkanları yaradıb.

Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün Azərbaycana 3.7 milyon Avro, İsveç Beynəlxalq İnkişaf Agentliyi isə Şərqi Tərəfdaşlıq Ölkələrində sahibkarlıqla məşğul olan qadınların inkişafına 47 milyon isveç kronası dəyərində maliyyə yardımı edib.

64 ölkə və dövlətlərarası müәssisәlәr tərəfindən idarə olunan AYİB bazar iqtisadiyyatı və demokratiyaların inkişafını dəstəkləyir. Bizim fəaliyyətimizi bu internet səhifəsi vasitəsilə, həmçinin Facebook və Twitter sosial şəbəkələrində izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti