...

Xiyar, badımcan ucuzlaşıb, çiyələk bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2016 18:28 (UTC +04:00)
Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz artıb.
Xiyar, badımcan ucuzlaşıb, çiyələk bahalaşıb

Bakı. Trend:

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,4 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri müvafiq olaraq 0,8 və 0,1 faiz azalıb.

Ay ərzində bitkiçilik məhsullarından lobya, kələm, xiyar, badımcan, pomidor, kartof, alça və gilasın istehsalçı qiymətlərində azalma, çiyələyin istehsalçı qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti azalıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti