...

Bakı-Sumqayıt qatarları Biləcəri və Xırdalanda da dayanacaq - TARİFLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2016 11:55 (UTC +04:00)
Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
Bakı-Sumqayıt qatarları Biləcəri və Xırdalanda da dayanacaq - TARİFLƏR

Bakı. Trend:

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, 19 noyabr 2016-cı il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri

İstiqamət

Tarif (manatla)

ekonom

biznes

Bakı-Sumqayıt (Sumqayıt-Bakı)

0.80

1.20

Bakı-Biləcəri (Biləcəri-Bakı)

0.30

0.80

Bakı-Xırdalan (Xırdalan-Bakı)

0.40

1.0

Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)

0.20

0.40

Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)

0.60

1.0

Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)

0.40

0.80

Məqalədə:
Xəbər lenti

Xəbər lenti