...

Azərbaycanın bankında dəyişikliklər - yeni departamentlər yaradıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2017 11:07 (UTC +04:00)
"AtaBank"da struktur dəyişiklikləri olub.
Azərbaycanın bankında dəyişikliklər - yeni departamentlər yaradıldı

Bakı. Ənvər Məmmədov - Trend:

"AtaBank"da struktur dəyişiklikləri olub.

Trend-in məlumatına görə, bankda üç yeni departament yaradılıb - Ümumi işlər, Layihələrin idarə edilməsi və Təhlükəsizlik departamentləri.

Ümumi işlər üzrə departamentin direktoru Rəna Səfərova, Layihələrin idarə edilməsi departamentinin direktoru Erkin Əsədov, Təhlükəsizlik departamentinin direktoru vəzifəsinə isə Zaur Kərimov təyin edilib.

R.Əsədovanın əvəzinə Rauf Həsənov İnformasiya təhlükəsizlik departamentinə rəhbərlik edəcək.

Bundan başqa, Marketinq və kommunikasiya departamentinin rəhbərliyində dəyişiklik olub. Mehdi Mustafayevin yerinə bu vəzifəyə Orxan Gültəkin təyin edilib.

Dəyişikliklər nəticəsində Orxan Mehdiyev Bank kartları və elektron xidmətlər üzrə departamentin direktoru vəzifəsini müvəqqəti icra edən təyin edilib. Bu vəzifə vakant idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti