...

Azərbaycan və Braziliya iqtisadi əlaqələri genişləndirmək barədə razılığa gəliblər (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2017 13:40 (UTC +04:00)
Azərbaycan və Braziliya iqtisadi əlaqələri genişləndirmək barədə razılıq əldə ediblər.
Azərbaycan və Braziliya iqtisadi əlaqələri genişləndirmək barədə razılığa gəliblər (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Braziliya iqtisadi əlaqələri genişləndirmək barədə razılıq əldə ediblər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib.

İki ölkə arasında ticarət dövriyyəsinin cəmi 160 milyon dollar təşkil etdiyini bildirən nazir bu göstəricinin artırılmasının vacibliyini vurğulayıb.

Siyasi münasibətlərə gəldikdə isə nazir qeyd edib ki, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin mövqeləri bir çox məsələlərdə üst-üstə düşür.

E.Məmmədyarov bildirib ki, gələn il ölkələr arasında siyasi və iqtisadi sahələrdə məsləhətləşmələr keçirmək planlaşdırlır: “Siyasi məsləhətləşmələr Bakıda, iqtisadi məsləhətləşmələr isə Braziliada keçiriləcək. Bundan başqa, iki ölkə arasında biznes-forumun keçirilməsi də yaxşı olardı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti