...

LƏNKƏRANDA 25 YENİ BUZOV CİNSİ ƏLDƏ OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2005 14:07 (UTC +04:00)

Lənkəranda heyvandarlıq məhsulları sahəsində dinamik inkişaf davam edir. Rayonun İcra Hakimiyyətindən Trend ə verilən məlumata görə, ilin birinci yarısında diri çəkisi 1670 ton iri buynuzlu mal-qara və quş əti, 10 491 ton süd, 6 272 min ədəd yumurta istehsal olunub ki, bu da 2004-cü ilin analoci dövri ilə müqayisədə müvafiq olaraq 202, 864 ton və 242 min ədəd çoxdur.

İri buynuzlu mal-qara cinslərinin yaxşılaşdırmaq məqsədilə Avropanın yüksək məhsuldarlı Qladston, Svamo, Hudston cinslərindən istifadə etməklə süni mayalanma üzrə işlər aparılır.

Mayalanma üzrə ötən il aparılan tədbirlər nəticəsində 2005-ci ilin iyuluna kimi yüksək məhsuldarlı və diri çəkisi 29-35 kiloqram olan 25 yeni buzov cinsi əldə olunub ki, onların çəkisi yerli inəklərdən alınan buzovlardan ağırdır. Hər baş artan mal-qara heyvandarlıq məhsullarının istehsalının artırılması zərurəti yaradır. Belə ki, hazırda 39 848 iribuynuzlu mal-qara var ki, bu da ötən illə müqayisədə 2 577 baş çoxdur.

Hazırda müxtəlif növ xəstəliklərin qarşısının alınması üzrə profilaktik işlər aparılır və bu sahə aqrar şöbəsinin daimi nəzarəti altındadır. Lənkəranda xarici sərmayədarların yardımı ilə heyvandarlıq sahəsinin gəlirli etmək və yüksək keyfiyyətli məhsulların əldə olunması üçün beynəlxalq standartlara cavab verən süd emalı zavodunun tikintisinin 2005-ci ildə başa çatdırılması planlaşdırılır ki, bu həm də 18-20 min ailənin işlə təmin olunmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti