...

Dünya Bankı ilə Azərbaycan hökumətinin tərəfdaşlıq strategiyası martda təsdiqlənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2006 14:36 (UTC +04:00)

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında tərəfdaşlığın strategiyasının Direktorlar Şurasında mart ayında təsdiq olunacağı gözlənilir. DB-nın Bakıdakı nümayənədəliyindən Trend ə verilən məlumata görə, hazırda bank komandası ölkədə strategiya üzrə ümumi sənəddə məlumatları yeniləşdirmək üçün makro iqtisadi vəziyyətlə bağlı analizlər aparır. Bundan sonra strategiya Direktorlar Şurasına təqdim oluna bilər. Lakin bundan əvvəl o, DB rəhbərliyi tərəfindən nəzərodən keçirilməlidir.

AR hökukməti ilə razılaşdırılmış strategiyaya görə, sln 4 il ərzində (2006-09-cu illər) bank layihələrin maliyyələşdirilməsi üçün $1,2 mlrd. ayırmaq niyyətindədir. Bank hər il ölkəyə veriləcək güzəştli kreditlərin mümkün həcmini müəyyən edəcək. Hazırki rəy ölkədəki mövcud makro iqtisadi vəziyyətdən asılıdır. DB üçün 2006-cı ilin iyununda başa çatacaq maliyyə ilində $70-80 mln. güzəştli maliyyələşdiromə müəyyən edilib. Lakin bundan sonrakı illər ərzində güzəştli şərtlərlə 3 layihənin - məhkəmə-hüquq, səhiyyə sistemində islahatlar, kənd təsərrüfatının inkişafı və kreditləşmə üzrə layihənin təsdiqi gözlənilir.

Birinci layihə üçün d $20 mlna yaxın, ikinci üçün - $40 mln., 3-cü üçün isə $25 mln.vəsait ayrılması nəzərdə tutulub. Sonuncu iki layihədə qarışıq kreditlərin ayrılması planlaşdırılır. Bu isə güzəştli kreditlərlə yanahı Beynəlxalq Yenidənqurma Bankının vəsaitlərindən əlavə maliyyələşdirmələrin də olacağı gözlənilir. Hazırda layihə üzrə işlər hələ davam edir. Ona görə də DB bu layihələri maliyyələşdirməsinin ümumii həcmi qiymətləndirmələrin aparılmasından sonra müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti