...

British Airways ABŞ-ın yeni qanunvericiliyinə uyğun işləməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 16:55 (UTC +04:00)

Martın 7-dən British Airways ABŞ-a uçan bütün sərnişinlər üçün nəzərdə tutulan yeni qanuna müvafiq olaraq işləməyə başlayır. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

Yeni qanunvericiliyə görə, bütün sərnişinlər öz yaşadıqları yer barədə mütləq məlumat verməli, ABŞ-ın daimi sakinləri olmayan şəxslər isə bu ölkəyə gələrkən öz ilkin yaşayış ünvanlarını göstərməlidirlər. Bu informasiya müştərinin Birləşmiş Ştatlara tətbiq olunan pasportuna əlavə olaraq yapışdırılacaq.

Sərnişinlərə hava limanına gələnə kimi ba.com saytında və ya turist agentliyi vasitəsilə özü barədə informasiya daxil etmək tövsiyə olunur. Əks halda, müştərilər qeydiyyata gecikə bilər və hətta öz reyslərindən qala bilərlər. Əgər müştərilər ba.com saytında onlayn qeydiyyatından istifadə etmək istəsələr, onlar öz sərnişin məlumatlarını sistemə daxil etməli olacaqlar.

British Airways şirkətinə zəruri məlumatları verməkdən imtina edən müştərilərin uçuşuna icazə verilmir.

Xəbər lenti

Xəbər lenti