...

Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi "Azəralüminium"da istehsalın inkişafı üzrə təkliflər hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 20:36 (UTC +04:00)

Dövlət əmlakının idarə olunması üzrə Dövlət Müəssisəsi Hollandiyanın Fondel Metall şirkəti ilə investisiya proqramının yerinə yetirilməməsi üzündən "Azəraluminium" SC-nin idarə olunması üzrə müqaviləni ləğv edib. Dövlət Komitəsinin sədri Kərəm Həsənovun sözlərinə görə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, investor vəziyyəti düzəltməyib.

Keçirilən monitorinqə görə, şirkətin "Azəralüminium" müəssisəsinin fəaliyyəti üçün bərpa işlərini lazımi səviyyədə aparmayıb, aluminium istehsalının artırılması üzrə öhdəlikləri yerinə yetirməyib. Müqavilənin imzalanmasından kifayət qədər vaxtın keçməsinə baxmayaraq, Daşkəsən alunit yatağı hələ də fəaliyyətsiz qalıb. Ümumilikdə, investisiya proqramı tələb olunan istiqamətlərdə və həcmdə yerinə yetirilməyib.

K.Həsənov həmçinin, bildirib ki, hazırda Dövlət Komitəsi "Azəraluminium"un istehsal fəaliyyətinin səmərəli təşkili və inkişafı üzrə təklif hazırlayır.

Xəbər lenti

Xəbər lenti